Qadin.NET / Bu ölkədə dəfn zamanı rəqs edir, əylənir, oxuyurlar

Bu ölkədə dəfn zamanı rəqs edir, əylənir, oxuyurlar

 

"Dünyasını dəyişən insanı ağlaşma, matəm, kədərlə yola salmaq olmaz. Əgər o daha yaxşı dünyadadırsa, buna ağlamaq yox, sevinmək gərəkdir".

Qananın paytaxtı Akkrada yaşayan Con Stevenze belə deyir.

O, 67 yaşlı anası Miriamın dəfn mərasiminə "ballbearers" adlanan xüsusi dəfn qrupunu çağırıb.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, xüsusi dəfn şirkətlərinin işçiləri olan bu şəxslər yas mərasiminə gəlir, tabutu çiyinlərinə alır, rəqs edir, mahnı oxuyurlar.

Xoreoqrafik dəfn Qanada çox məşhurdur.

Rəqsli, mahnılı dəfnin sifarişi ucuz deyil. Belə ki, ən aşağı qiymət 2 min dollardır. Orta qiymət isə 12-14 min dollar arasnıdadır.

"Anam Tanrının hüzuruna rəqs edərək getdi. Bundan gözəl nə ola bilər?!" - 63 yaşında vəfat etmiş Antaara Siverenin qızı Aşnara deyib.

 

Bu ölkədə dəfn zamanı rəqs edir, əylənir, oxuyurlar







28 iyul 2017
GO BACK