Qadin.NET / İxtisas seçimində diqqətli olun - VALİDEYNLƏR, BUNU ETMƏYİN

İxtisas seçimində diqqətli olun - VALİDEYNLƏR, BUNU ETMƏYİN

İxtisas seçimində diqqətli olun - VALİDEYNLƏR, BUNU ETMƏYİN


İmtahanlar bitdi, ixtisas seçimi başladı. Milli.Az bildirir ki, abituryentlər əsas mərhələlərdən birinə qədəm qoyub. Biri valideynlərinin, digəri universitetin bir digəri isə öz istəyinə görə ixtisasını seçir.

Əslində isə ixtisas seçən zaman kiminsə istəyinə uyğun yox həmin peşənin prestijinə, sizə verə biləcəyi avantajı nəzərə almaq lazımdır.

Ekspert Rəsul Ağayevin sözlərinə görə, ixtisas seçən zaman əsas yük valideynlərin üzərtinə düşür.Çünki bəzən valideynlər öz eqolarına görə uşaqları səhv istiqamətdə yönləndirirlər.

Ekspert həmçinin bildirir ki, ixtisas seçən zaman ilk öncə imtahan verdikləri qrup üzrə öncəlikli olan ixtisaları və bacara biləcəklərini seçsinlər.

Ən əsası isə topladıqları balıda nəzərər alsınlar. Yazacaqları 15 ixtisas zamanı ilk 3 yeri öz ballarından yuxarı 9 yeri öz ballarına və istəklərinə uyğun olanı, son 3 yeri isə öz ballarından qat qat aşağı yer yazsınlar ki, universitetdən kənərda qalmasınlar. Əks halda yaxşı bal toplayan abituriyentlər səhv seçim etməklə gələcək xəyallarını məhv edə bilərlər.

25 iyul 2017
GO BACK