Qadin.NET / Dövlət orqanlarında işləmək istəyənlər üçün sənəd qəbuluna başlanıldı

Dövlət orqanlarında işləmək istəyənlər üçün sənəd qəbuluna başlanıldı

Dövlət orqanlarında işləmək istəyənlər üçün sənəd qəbuluna başlanıldı


Bu gündən dövlət orqanlarında vakant vəzifələrin tutulması üçün elan edilən ümumi müsahibədə iştirak etmək istəyənlər üçün sənəd qəbuluna başlanılıb.

Dövlət İmtahan Mərkəzindən Milli.Az-a verilən məlumata görə, iyulun 21-də 8 dövlət orqanında 41 vakant vəzifənin tutulması üçün ümumi müsahibə elan edilən ümumi müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrindən 38-i mərkəzi icra hakimiyyəti orqanlarının (Mədəniyyət və Turizm Nazirliyi, Kənd Təsərrüfati Nazirliyi, Dövlət Statistika Komitəsi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi) mərkəzi aparatları və yerli təşkilatlarında, 3-ü isə məhkəmə orqanlarının (Gəncə Apellyasiya Məhkəməsi, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi, Cəbrayıl Rayon Məhkəməsi) aparatındadır.

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə uyğun olaraq müvafiq dövlət orqanı üzrə ümumi müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrinin tutulmasında həmin dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları, habelə azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibati vəzifələrdə çalışmış şəxslər iştirak edə bilərlər.

Ümumi müsahibədə iştirak etmək istəyənlər sənədlərini bu gündən başlayaraq, avqustun 14-dək Dövlət İmtahan Mərkəzinə (Gənclik binası, AZ1110, Bakı şəhəri, K.Rəhimov küçəsi, 874-cü məhəllə) şəxsən və ya poçt xidməti vasitəsilə təqdim edə bilərlər.

24 iyul 2017
GO BACK