Qadin.NET / Yeni doğulan körpələr daha çox nədən ölür? - Baş pediatr açıqladı

Yeni doğulan körpələr daha çox nədən ölür? - Baş pediatr açıqladı

Yeni doğulan körpələr daha çox nədən ölür? - Baş pediatr açıqladı


"Azərbaycanda uşaq ölümləri ilbəil azalır".

Qadin.Net  xəbər verir ki, bunu azvision-a açıqlamasında Səhiyyə Nazirliyinin baş pediatrı Nəsib Quliyev deyib. O, bildirib ki, uşaq ölümləri arasında neonatal və perinatal dövrdə yaranan xəstəliklər üstünlük təşkil edir.

"Yalnız 2015-ci ilin sonunda körpə ölümü göstəricisi 10,2 promillidən 12,2 promilliyə qədər yüksəlmişdi. Lakin 2016-ci ilin yekunu və bu ilin gedişi göstərir ki, ölkədə uşaq ölümlərində azalma tendensiyası davam edir. Bunu hər kəs görür, çünki uşaqlar arasında xəstələnmə və ölüm hallarını gizlətmək də mümkün deyil". 

Baş pediatr bildirib ki, qismən daha böyük yaşda olan uşaqlar arasında xəstələnmə və ölüm halları kəskin şəkildə azalır: "Yenidoğulma dövründə xəstələnmə inkişaf edir. Bu dünyanın inkişaf etmiş ölkələrində də belədir. Amma əvvəllər bizdə göstəricilərin ardıcıllığı başqacür idi. Yenidoğulan körpələrdə ölümü infeksiyon xəstəliklər, difteriya, qızılca və polimelitdə axtarırdıq. İndi onların hamısının qarşısı alınılb. Artıq birinci yerə anadangəlmə xəstəliklər çıxıb". 

N.Quliyev qeyd edib ki, uşaq ölümlərində günahı olan həkimlər arasında qovulanlar da var: "Komissiyanın ayda bir dəfədən az olmayaraq, tələb olunan hallarda isə təcili iclasları keçirilir. Həkimlərdən kimin səhvi varsa cəzalandırılır. Onlar arasında işdən qovulanlar, şiddəli töhmət, töhmət və xəbardarlıq alanlar, kursa göndərilənlər olur".

22 iyul 2017
GO BACK