Qadin.NET / Nazirliyin qadağa qoyduğu dondurma belə hazırlanır

Nazirliyin qadağa qoyduğu dondurma belə hazırlanır

Nazirliyin qadağa qoyduğu dondurma belə hazırlanır


Bir neçə gündür ki, Azərbaycanda istehsal olunan bəzi dondurmaların tərkibində bakteriya aşkarlanması problemi ciddi narahatlığa səbəb olub.

Qadin.Net Milli.Az-a istinadən xəbər verir ki, bu  fəsildə insanlar daha çox sərinləmək üçün dondurma yeyir. Xüsusilə də uşaqların dondurmanı xoşlaması və onu tez-tez alması hamıya bəllidir. Belə olan halda yeyilən dondurmanın tərkibində bakteriyalar aşkarlanırsa, bu təbii ki, həm valideynlər, həm də ictimaiyyət arasında müzakirələrə səbəb olur. Nəzərə alsaq ki, bu il  keçən ilə  nisbətən dondurmaların qiymətində də ciddi artım müşahidə olunur. 

Ümumiyyətlə isə, ictimaiyyət üçün dondurmanın istehsal prosesi həmişə maraqlı olub. Çünki zaman-zaman Azərbaycanda mövsüm başlayanda dondurmaların keyfiyyətsizliyindən, onun tərkibinə marqarin vurulduğundan hamı şikayətlənir. 

"Qafqazinfo" bütün bunları nəzərə alaraq dondurma istehsal edən məşhur şirkətlərdən biri "AER Company"-nin  istehsal sexində olub və prosesi ardıcıllıqla müşahidə edərək videolentə alııb.

Bu arada qeyd edək ki, bir neçə gün əvvəl İqtisadiyyat və Səhiyyə Nazirliklərinin birgə yaydığı açıqlamada "AER Company Qrup"a məxsus olan üç adda dondurmanın tərkibində bakteriya olduğu aşkarlanması barədə məlumat yayılıb. 

Nazirliyin qadağa qoyduğu dondurma belə hazırlanır


Buna görə də hazırda sexdə əsas aparatda istehsal prosesi dayandırılıb. Ancaq nümunə üçün  dondurmalar istehsal olunur. 

Kompaniya rəhbəri Adil Şərifov da  yayılan informasiya ilə bağlı da bizə geniş məlumat verib. O qeyd edib ki, üç adda dondurma satış şəbəkələrindən geri çağırılıb: "Ancaq bizim özümüzün müstəqil mikrobiologiya laboratoriyamız var. Hər istehsal prosesinin sonunda  dondurmaları yoxlayıb sonra satışa buraxırıq. Bizim müasir aparatlar vasitəsilə yoxlamamız zamanı belə bir bakteriya aşkarlanmayıb". 

21 iyul 2017
GO BACK