Qadin.NET / Təyyarələrdə noutbuk daşınmasına qadağa ləğv olundu

Təyyarələrdə noutbuk daşınmasına qadağa ləğv olundu

Təyyarələrdə noutbuk daşınmasına qadağa ləğv olundu


ABŞ təyyarələrdə noutbuk daşınmasına qadağanı ləğv edib.

Qadin.Net Milli.Az -a istinadən xəbər verir ki, Afrika və Yaxın Şərqin 9 ölkəsindən Birləşmiş Ştatlara uçan təyyarələrdə noutbuk daşınmasına qadağa bu ilin mart ayında qoyulmuşdu.
 
Qadağanın tətbiq olunduğu sonuncu aviaşirkət "Saudi Arabian Airlines" olub. Yaxın vaxtlarda amerikalı mütəxəssislər Səudiyyə Ərəbistanına səfər edərək, uçuşların təhlükəsizliyi ilə bağlı Vaşinqtonun tələblərini ölkənin necə yerinə yetirməsini yerindəcə yoxlayacaq.
 
ABŞ xüsusi xidmət orqanları terrorçuların bombanı elektron qurğuların içinə yerləşdirə bilməsindən ehtiyatlanır.


20 iyul 2017
GO BACK