İyulun 20-də Saatlı rayonu ərazisində 4,4 bal gücündə zəlzələ olub.
Milli.Az Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, yeraltı təkanlar yerli vaxtla saat 10:22:35-də qeydə alınıb.
Ocağı 54 kilometr dərinlikdə yerləşən zəlzələ episentrdə 4 bal, ətraf rayonlarda isə 3-4 baladək hiss olunub.
Qeyd edək ki, Kürdəmir rayonunda da bu gün yerli vaxta 10:20-də zəlzələ baş verib.