Qadin.NET / Gənc yaşda milyarder olmağın yolları

Gənc yaşda milyarder olmağın yolları

Gənc yaşda milyarder olmağın yolları


Hər kəsin uğur formulu, potensialı və nailiyyət əldə etmək üsulları fərqlidir. Bəziləri arzularını reallaşdırmaq, karyerada yüksəlmək üçün ömür boyu çalışır. Bəziləri isə çox gənc yaşlarda gördüyü işlərlə həm böyük pullar, həm də böyük şöhrət qazanır.

 

Donald Tramp

Donald Tramp daşınmaz əmlak satışı ilə məşğul olan zəngin ailənin övladıdır. O, hələ 25 yaşında olarkən atası "Yelizaveta Trump & Son" şirkətinin iradəsini oğluna tapşırıb. Donald Tramp şirkətin fəaliyyətini başqa istiqamətə dəyişdirib. Qısa müddət sonra isə Manhettenin böyük layihələrinə qatılaraq uğurlu işlərə imza atıb.

Cennifer Lourens

26 yaşlı aktrisa Cennifer Lourens Hollivudun ən çox pul qazanan kino ulduzlarından biridir. O, təkcə 2016-ci ildə 46 milyon dollar qazanaraq həmkarları aarsında rekord qırıb. Üstəlik 25 yaşında "Aclıq oyunları" seriyasında baş rolu ifadə edib, həmçinin "X-Men" filmində məşhur aktyorlarla çəkilib. 22 yaşında isə o, "Silver Linings Playbook"daki çıxışıyla "Ən yaxşı qadın aktrisa" nominasiyasında Oskar mükafatına layiq görülən ən gənc ikinci atrist olub.

Stiv Jobs

Əsrimizin ən uğurlu iş adamlarından biri olan Stiv Cobs 1980-ci ildə 1,2 milyard dollarlıq "Apple Computer" şirkətini yaradanda 25 yaşında idi.

Kat Cole

Şimali Amerikadakı "Focus" markaları sədri və "Cinnabon"un keçmiş sədri Cole karyerasına 17 yaşında stüardessa kimi başlayıb. 26 yaşında isə sədr müavini vəzifəsinə yüsksəlib.

19 yaşında şirkətin imtiyazını genişləndirmək üçün üçün onu Avstraliyaya göndərirlər, 20 yaşında isə o, artıq rəhbər idi.

Mark Zukerberq

Feysbukun yaradıcısı Zukerberq çox gənc yaşlarda varlanaraq öz adını tarixə yazıdıra bilib.

Mark 25 yaşında artıq sərvət sahibi kimi "Time" jurnalı tərəfindən "İlin adamı" seçilmişdi.

19 iyul 2017
GO BACK