Qadin.NET / Azərbaycan üçün Həcc kvotası üç dəfəyə yaxın artırıla bilər

Azərbaycan üçün Həcc kvotası üç dəfəyə yaxın artırıla bilər

Azərbaycan üçün Həcc kvotası üç dəfəyə yaxın artırıla bilər


Həcc ziyarəti üçün bu il Azərbaycana kvota 3050 yer müəyyənləşdirilib.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, bu barədə Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfiri Müsaid əs-Süleym söyləyib.
Səfir onu da söyləyib ki, ölkəsində zəvvarların təhlükəsizliyi baxımından ciddi tədbirlər görülür.
Səfirin sözlərinə görə, Krallığın Həcc Nazirliyi bütün ölkələrin kvota ilə bağlı müaraciətlərini təsdiqləyib. Azərbaycanın müvafiq qurumu istəsə, öz kvotasını 8500 zəvvara qədər artıra bilər.
Səfir deyib ki, İslamın mühüm əsaslarından biri olan Həcc ziyarətinin zəvvarlar tərəfindən asan və rahat şəkildə icra edilməsi üçün əvvəlki illərdə olduğu kimi, bu il də Səudiyyə Ərəbistanı təhlükəsizlik, səhiyyə, təşkilatçılıq, xidmət və nəqliyyat sahələrində bütün planların həyata keçirilməsinə böyük səy göstərir. Bütün bu kompleks tədbirlərin görülməsi üçün yüz minlərlə təhlükəsizlik orqanları əməkdaşı, nazirliklər, müxtəlif hökumət və özəl qurumların nümayəndələri səfərbər edilib.
Səfirin sözlərinə görə, Krallıq zəvvarların yoluxucu xəstəliklərdən qorunması üçün də ciddi tədbirlər həyata keçirir.
Qeyd edək ki, Azərbaycandan Həcc ziyarətinə ilk zəvvar qrupu avqustun 24-də, növbəti qruplar isə avqustun 25-26-da yola düşəcək. Zəvvarların qayıdışı sentyabrın 12-si, 13-ü və 14-nə nəzərdə tutulub. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar bu il də zəvvarlar avtobusla yox, təyyarə ilə Səudiyyə Ərəbistanına gedəcəklər.

18 iyul 2017
GO BACK