Bu ilin sonuna qədər "Nokia" daha 4 yeni smartfon istehsal edəcək.
Qadin.Net Milli.Az-a istinadən xəbər verir ki, nüfuzlu xarici KİV-lər bu barədə xəbər veriblər.
Finlandiya şirkətinin planına 2017-ci ilin sonuna cəmi 7 ədəd yeni smartfon istehsal etməsi daxildir. Onlardan 3-nün bütün dünya üzrə satışına artıq uğurla start verilib.
Brendin gələcək flaqmanı yeni "Nokia 9" smartfonu olacaq. Bu smartfon güclü "Snapdragon 835" prosessoru, 13 meqapiksellik iki kamera və 8 Gb əməliyyat yaddaşı ilə təchiz ediləcək.
Şirkətin digər yenilikləri "Nokia 2", "Nokia 7" və "Nokia 8" modelləri olacaq. Onlar artıq bu il bazara çıxarılacaqlar.