Bakıda media nümayəndələrin üçün 22 iyul - Milli Mətbuat Gününə həsr olunan "Gələcəyə sağlam baxış " adlı aksiya keçiriləcək.
Qadin.Net xəbər verir ki, Mərkəzdən trend-ə verilən məlumata görə, aksiya iyulun 21-də keçiriləcək. Həmin gün media təmsilçiləri Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin xidmətlərindən yararlana, gözlərini müayinə etdirə biləcəklər .
Gözlərini müayinə etdirmək istəyən media nümayəndələri iyulun 21-də səhər saat 9.00-dan 16.00-dək mərkəzə müraciət edə bilərlər.