Qadin.NET / Yayda balıq alarkən nələrə diqqət etmək lazımdır?

Yayda balıq alarkən nələrə diqqət etmək lazımdır?



Soyuq fəsillərdəki kimi olmasa da, yayda da balıq almaq istəyənlər var.

Milli.Az bildirir ki, yayda bazarlarda balıq satışı çox az olur. Lakin xüsusi balıq bazarlarında, çox diqqətlə saxlanılan balıqları tapmaq mümkündür. Balıq mütəxəssisləri deyir ki, istənilən yerdən balıq alarkən diqqətli olmaq lazımdır.

Açıq havada satılan balıqları qətiyyən almaq olmaz. Satış yerləri daimi olaraq baytar həkimlərin nəzarətində olmalıdır. Balıqlar yalnız buzun içərisində, sərin şəraitdə saxlanılmalıdır.

Amma balıq çox dondurulmuş vəziyyətdə saxlanıldıqda da keyfiyyətini itirir. Uzaq məsafədən gətirilən balıqları alarkən də diqqətli olmaq lazımdır.

Mütəxəssislər bu mövsümdə daha çox diri balıqların alınmasını məsləhət görür.

17 iyul 2017
GO BACK