"Ustad" dərgisinin 13-cü buraxılışı da nəşr olundu. Dərgidə bir çox maraqlı məqalələr, ədəbiyyat və kino haqqında yazılar yer alıb. Ümidvarıq ki, "Ustad" məsələyə bu dəfə də ustadcasına yanaşıb. Qeyd edək ki, dərginin bu sayında Qadin.Net saytının baş redaktoru Xəyalə Muradın tərcüməsi də yer alıb. Tərcümədən kiçik parçanı sizə təqdim edirik:
"Öz işinin peşəkarı olan on nəfər kifayətdir ki, istər leksik mənada, istərsə də konsepsiya baxımından ədəbiyyatı dirçəldə bilsin. Ədəbiyyat köhnəlmir, adiləşmir. O, narahat etməli, səsləməli, təşviq etməli və zənginləşdirməlidir. Həqiqətin istifadə müddəti olmur."
"Ustad" dərgisinin 13-cü sayının mündəricatı.
Oxuyun ki, ədəbi prosesdən xəbəriniz olsun!