Qadin.NET / Abituriyentlərin müraciətlərinə baxılması üçün Apelyasiya Komissiyası yaradıldı

Abituriyentlərin müraciətlərinə baxılması üçün Apelyasiya Komissiyası yaradıldı

Abituriyentlərin müraciətlərinə baxılması üçün Apelyasiya Komissiyası yaradıldı


İyulun 14-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən II və III ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanlarında istifadə olunmuş test tapşırıqlarının məzmunu ilə əlaqədar abituriyentlərin müraciətlərinə baxılması üçün Apelyasiya Komissiyası yaradılıb.

Mərkəzdən Milli.Az-a verilən məlumata görə, Apelyasiya Komissiyası Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərir.

Abituriyentlər Apelyasiya Komissiyasına 15-17 iyul 2017-ci il tarixlərində saat 10-dan 17-dək şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməklə şəxsən müraciət edə bilərlər.


15 iyul 2017
GO BACK