Qadin.NET / İlk tibbi yardım göstərən robot yaradılacaq

İlk tibbi yardım göstərən robot yaradılacaq

İlk tibbi yardım göstərən robot yaradılacaq


Rusiyanın Tomsk Kardiologiya Elmi Araşdırmalar İnstitutunun Milli Araşdırmalar Tibb Mərkəzi və Tomsk Politexnik İnstitutunun alimləri həkim-robot yaratmağı planlaşdırırlar.

Qadin.Net lent.az-a istinadən xəbər verir ki, tərtibatçıların icadına əsasən, unikal robot hərbi əməliyyat yerlərində və fövqəladə hallarda ilk tibbi yardım göstərə biləcək.

Mütəxəssislər bildirirlər ki, bu, kamera-gözləri və əlləri olan maşın olacaq. Onun "beyni" isə insan olacaq ki, o da kənardan robotu idarə edərək ona əmrlər verəcək

Layihə üzərində işlərə artıq start verilib. Ancaq onun nə zaman yekunlaşacağı hələlik məlum deyil.

15 iyul 2017
GO BACK