Cənub qütbü ilə Atlantik okean arasındakı ən böyük buz qatı Larsen C-dəki çat tamamilə qırılıb. İndiyə qədər müşahidə olunmayan böyüklükdəki buz dağlarından biri ortaya çıxıb.
Milli.Az xəbər verir ki, təxminən 6 kvadrat kilometrlik bir sahəni əhatə edən nəhəng aysberqin qopmasını, Amerika peyki göstərib. Aysberqin sahəsi İstanbuldan böyük, Kipr adasının üçdə ikisi qədərdir. Ağırlığı isə 1 trilyon tondan çoxdur.
Çərşənbə günü baş verən bu olayı elmadamları uzun müddətdir gözləyirdi. Ağ qitəni bir qayda olaraq müşahidə edən Avropa Birliyinin Sentinel-1 peyki may ayının sonunda çatların böyüdüyünü müşahidə etmişdi.
İyun ayının ilk günü BBC-yə danışan "Swansea" Universitetindən Prof. Dr. Adrian Lukman buzlağın qalınlığının 350 metri keçdiyini qeyd etmişdi.
Mütəxəssislər nəhəng buz dağının qopmağından narahatlıq keçirir.
Qopan buz dağı yenə suda üzəcəyi üçün dəniz səviyyəsinin yüksəlməyinə gətirib çıxarmayacaq. Amma buz dağında yeni qopmalar olarsa, Antarktikada dənizə doğru buzlaq axını sürətlənəcək və bu suda üzməyən buzlaqların həcmindəki artım dəniz səviyyəsini yüksəldə bilər.