Qadin.NET / 500 milyon smartfon təhlükə altındadır

500 milyon smartfon təhlükə altındadır

500 milyon smartfon təhlükə altındadır


"Palo Alto Networks" şirkətinin mütəxəssisləri tərəfindən aşkar edilmiş yeni troyan "Android" mobil əməliyyat sistemi ilə işləyən 500 milyon smartfonu təhdid edir. "SpyDealer" troyan proqramı ən müxtəlif messencerlərdən fərdi məlumatları oğurlaya, həmçinin danışıqları yaza, SMS mesajları ələ keçirə və qurğunun kamerası ilə şəkillər çəkə bilir.

Qadin.Net Milli.Az-a istinadən bildirir ki, zərərverici proqram təminatı "Google Play Store" vasitəsilə deyil, "GoogleService" və "GoogleUpdate" proqramları, həmçinin müxtəlif ictimai yerlərdə müdaxilə edilmiş "Wi-Fi" qoşulmalar vasitəsilə yayılır.

"SpyDealer" troyanı quraşdırıldıqdan sonra qurğuda yükləmələri, həmçinin simsiz qoşulmanın statusunu izləməyə başlayır. Troyan proqramı SMS mesajların köməyi ilə kənar serverdən idarəetmə komandaları ala bilər. Nəticədə troyan fərdi məlumatları, həmçinin telefon nömrəsi, IMEI, IMSI məlumatlarını, SMS və MMS mesajlarını, kontakt siyahısını, telefon zənglərinin tarixçəsini, coğrafi mövqe və cari "Wi-Fi" qoşulmaları haqda informasiyanı toplayaraq serverlərə göndərir. "SpyDealer" troyanı mesajları oğurlamaq üçün "Android" sisteminin "AccessibilityService" funksiyasından istifadə edir.

Bundan başqa, sözügedən troyan populyar messencerlərdən (WeChat, WhatsApp, Skype, Line, Viber, QQ, Tango, Telegram, Sina Weibo, Tencent Weibo), "Android" brauzerindən, "Facebook"un mobil tətbiqindən, "Firefox" və "Oupeng" brauzerlərindən, "QQ Mail", "NetEase Mail", "Taobao" poçt kliyentlərindən məlumatları oğurlayır. Həmçinin müəyyən nömrədən telefon zənglərini qəbul edə, danışıqları yaza, smartfonun hər iki kamerasının köməyi ilə ekran görüntüləri və şəkillər çəkə bilər.

Troyan proqramı "Android 2.2.x- 4.4.x" əməliyyat sistemləri ilə işləyən qurğulara daha çox zərər vura bilər.

12 iyul 2017
GO BACK