Dünyanın bir sıra ölkələri qaçqın axını ilə mübarizə etdiyi bir zamanda digər qrup ölkələr yeni sakinlər cəlb etməyin yollarını axtarır.
Qadin.Net Milli.Az -a istinadən bildirir ki, elə ölkələr var ki, hakimiyyət yeni-yeni sakinlərin gəlməsində maraqlıdır.
Səbəb təbii ki, eynidir- əhalinin getdikcə azalması. Bunun qarşısını gəlmələr hesabına almağa çalışan bəzi ölkələrdə hətta yeni sakinlərə iş, ev vədi də verilir. Hətta Amerika, Kanada, İspaniya, Niderland kimi ölkələr də bu siyahıya düşüb.
Əgər siz də bu yerlərdən birini seçib, həyatınızı orda davam etdirmək istəyirsinizsə, oxuyun.
1. ABŞ-ın Miçiqan ştatında Detroyt şəhəri. Bura "Qərbin Parisi", həm də "ABŞ-ın avtomobil paytaxtı" olub. Ancaq bütün bu titulları 20-ci əsrin ikinci yarısından sonra itirməyə başlayıb. İndi keçmiş şöhrətini qaytarmaq üçün yollar axtaran yerli hakimiyyət "Challenge Detroit" adlı proqram hazırlayır. Burda sənayenin müxtəlif sahələrində çalışan mütəxəssislərə 2500 dollar maaş vəd olunur.
2. ABŞ, Alyaska. Əgər qışı sevirsinizsə, yaxşı seçimdir. Xüsusi Dövlət Fondu regionlarda işləyən mütəxəssislər üçün yaxşı əməkhaqqı vəd edir. Yeganə şərt Alyaskada minimum 1 il yaşamaqdır.
3. Kanada, Saskaçevan əyaləti. Bu əyalətin rəhbərləri ali məktəbləri yeni bitirən məzunları dəvət edir. Əgər bu məzunlar gələcək həyatları barədə hələ qərar verməyiblərsə, Kanadanı nəzərdən keçirsinlər. Burda gənc mütəxəssislərə 20 min Kanada dolları maaş təklif edilir. Ancaq bunun üçün həmin əyalətdə 7 il yaşamaq lazımdır.
4. ABŞ, Niaqara şəlaləsi. Daha bir fantastik təklifdir. Əvvəlcə inandırıcı görünməyə bilər. Planetin ən gözəl yerlərindən birində yaşamaq imkanı və üstəlik də pul qazanmaq şansı. Yerli hakimiyyət universitet məzunlarına yerli qurumlarda 2 il iş müqabilində 7 min dollar maaş təklif edir.
5. İspaniya, Ponqa. Kiçik, gözəl və hər kəsi özünə valeh edən bir kənddir. İspaniyanın şimal-şərqində yerləşir. Qədim tarixə malikdir. Gənc sakinlərin cəlbi üçün hər gənc cütlüyə 6 min avro təklif edilir. Əgər gənc cütlük kəndə köçmək qərarına gəlsə, onlar üçün bütün şərait yaradılacaq. Üstəlik hər uşaq üçün də 3 min avro ödəniləcək. Məqsəd kənd sakinlərinin gəncləşdirilməsinə nail olmaqdır.
6. Utrext, Niderland. Bu ölkə humanitar və sosial elmlər sahəsindəki uğurları ilə bütün dünyada tanınır. Burda keçirilən sosial eksperimentlərdən biri də budur. Əgər buradakı bütün sakinlər min dollar alsalar, nə baş verər?
7. ABŞ, Kertic, Nebraska. Bu şəhərdə yaşamaq istəyən hər kəsə pulsuz torpaq sahəsi verilir. Ancaq bunun üçün bir şərt var. Şəhər üçün faydalı olacaq ideya təqdim etmək. Əgər belə bir ideyanız varsa, o zaman heç dayanmayın.
8. Konnektikut, Nyu-Heyven. "Nyu-Heyven" dövlət proqramıdır, şəhərə marağı artırmaq üçün qəbul edilib. Əgər siz orda birinci dəfə ev alırsınızsa, sizə 10 min dollar faizsiz ssuda veriləcək. Əgər həmin evdə 5 il yaşamısınızsa, kredit bütünlüklə silinəcək. Bundan başqa evinizin qurulması üçün 30 min dollar da ala bilərsiniz. Əgər həmin evdə 10 il yaşasanız, krediti qaytarmayacaqsınız.
9. Merilend , Baltimor. Bura Amerikanın ən təhlükəli 7 şəhərindən biridir. Ancaq şəhər rəhbərliyi bu imici dəyişmək qərarındadır və buna görə ona yeni sakinlər lazımdır. Bura köçən hər sakinə şəhərin istənilən yerində ev almaq üçün ilk olaraq 5 min dollar verilir. Əgər bu məbləğ sizi qane etmirsə, tərk edilmiş evlərdən birini almaq qərarı verə və ikiqat pul ala bilərsiniz.
10. Kanzas. Bura köçmək istəyənlərə də pul təklif edilir. Əhalisi 3500 nəfər olan Linkoln şəhərində ev tikintisi üçün pulsuz torpaq sahəsi də verilir. Əgər bu şəhər sizə böyük və boş görünürsə, Markett şəhərini seçin. Orda cəmi 600 nəfər yaşayır. Burda da sizi 5 illiyə vergilərdən azad edəcək və təhsil üçün 15 min dollar ödəyəcəklər.
11. Manitoba, Poypstoun. Kanada şəhəridir. Burda pulsuz torpaq paylamırlar, ancaq elə endirim təklif edilir ki, lap pulsuza bərabər. Əgər aldığınız torpaqda 1 ildə ev tikəcəksinizsə, demək olar pulsuz başa gələcək. Bununla yanaşı biznes də qurmaq istəsəniz, vəziyyətiniz daha yaxşı olacaq. 24 min dollar qrant ala bilərsiniz.
12. Tasmaniya, Matsayker adası. Əgər Kanada və ya Amerika xoşunuza gəlmirsə, Tasmaniyaya gedin. Matsayker adasında yaşamaq üçün hər şəraitlə təmin olunacaqsınız. Üstünlük ailələrə verilir.
13. Yaponiya, Misima qəsəbəsi. Əgər tənhasınızsa, bura getməyə dəyər. Misima şəhərini Misima qəsəbəsi ilə dəyişik salmayın. Bu qəsəbədə cəmi 400 nəfər yaşayır. Əsasən də təqaüdçülər. Bura gələcək yeni sakinlərə 100 min yen, yəni 840 dollar aylıq ödənilir. Bu məbləğ müavinət və yaşayış xərcidir. Müavinəti qəsəbədəki yaşayışınızın ilk 3 ilində alacaqsınız. Ayda 200 dollara ev kirayələyə bilərsiniz, üstəlik bu evdə azı 3 yataq otağı olacaq. Sizə inək də veriləcək. Pulsuz inək!
14. Sakit okeanın cənubunda Pitkern adası. Dünyadan təcrid olunmuş yerdə yaşamaq istəyirsinizsə, bura əsl sizlikdir. Burda cəmi 50 nəfər yaşayır. Hər bir immiqrant pulsuz torpaq alır. Ada isə əsl cənnətdir. Ancaq şəraitə baxmayaraq gələn demək olar ki, yoxdur. 2015-ci ildə cəmi 1 nəfər gedib. Adada ancaq bir mağaza var və həftənin ancaq 3 günü işləyir. Hər şey əvvəlcədən Yeni Zelandiyadan sifariş edilməlidir.
15. İtaliyanın şimal-qərbində Bormida kəndi. Bura dağ kəndidir. Eyni zamanda dənizlə məsafəsi çox deyil. Buna görə də havası çox təmizdir. Bura yaşamağa gedən hər kəsə 2 min avro verilir. Bu məbləğin cəmi 50 avrosunu xərcləməklə 4 yataq otağı olan ev kirayələyə bilərsiniz. Ən yaxşı binadakı ev isə 120 avrodur. Bu şərait çoxlarını maraqlandırır, ancaq bir problem var. Kənddə demək olar ki, iş yoxdur. Hamı ev heyvanı saxlayır və fermerlik edir.