Qadin.NET / “Tesla” dünyanın ən böyük akkumulyatorunu yaradacaq

“Tesla” dünyanın ən böyük akkumulyatorunu yaradacaq

“Tesla” dünyanın ən böyük akkumulyatorunu yaradacaq


"Tesla" şirkəti dünyanın ən böyük litium-ion akkumulyatorunun yaradılması üzrə tenderdə qalib gəlib.

Qadin.Net Milli.Az-a istinadən xəbər verir ki, bu barədə şirkətin bloqunda bildirilir. "Tesla Powerpack" layihəsi Avstraliyanın regionlarından birini elektrik enerjisi ilə təmin etməlidir.
 
Layihə çərçivəsində "Tesla" bu ilin dekabrı ayına qədər 100 meqavatt gücündə akkumulyator yaratmalıdır. Layihə bir neçə külək enerjisi stansiyaları ilə birlikdə həyata keçiriləcək.
 
""Tesla Powerpack" bərpa olunan enerji mənbələrindən enerji götürəcək və pik saatlarında elektrik enerjisi ötürəcək ki, Cənubi Avstraliyanın enerji infrastrukturunun etibarlı işini təmin etsin", - deyə açıqlamada bildirilir.

11 iyul 2017
GO BACK