"Dövlət qulluğuna qəbulla əlaqədar sınaq imtahanları və təlim prosesinin keçirilməsinə sentyabrdan başlamaq nəzərdə tutulur".
Qadin.Net trend-ə istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə deyib.
Onun sözlərinə görə, oktyabrda isə sertifikasiyaya aid olan yeni test imtahanının keçirilməsi nəzərdə tutulur: "İmtahanln necə keçiriləcəyi indi müzakirə edilir. Bu, kifayət qədər mürəkkəb prosesdir. Müxtəlif təsnifatlara aid olan ixtisaslarla bağlı hazırda müzakirələr aparılır. Təbii ki bu modellə əlaqədar ilk hüquqi imtahan keçirməmişdən əvvəl dövlət qulluğu ilə bağlı sınaq imtahanları və təlimlər keçirəcəyik".