Qadin.NET / Öldükdən sonra Facebook hesabınız necə olacaq?

Öldükdən sonra Facebook hesabınız necə olacaq?

Öldükdən sonra Facebook hesabınız necə olacaq?


Sosial şəbəkələrdən istifadə edirsiniz. Ölümünüzdən sonra bu hesablara nə olacaq?

Qadin.Net Cebhe.info-ya istinadən ölümüzdən sonra “Facebook”, “Gmail”, “Instagram” hesablarınıza nə olacağını təqdim edir:

15 yaşlı alman qızın qatarın altında qalaraq ölməsi şübhəsiz ki, çox üzücü hadisədir. Qızın ailəsi baş verənləri daha dəqiq öyrənmək üçün onun profillərini araşdırmaq istəyib. Ancaq hələ də gənc qızın profilinə daxil olmaq mümkün olmayıb. Çünki profilin təhlükəsizlik kodları hələ də qızın adınadır, ailəsinin yox.

Öldükdən sonra profilinizin sahibi kim olacaq? Təhlükəsizlik kodlarını kimlər əldə edə bilər?

“Facebook” ölən şəxslərin təhlükəsizlik şifrəsini gizli saxlamağa üstünlük verir. Eyni zamanda, “Apple” da eyni qaydada fəaliyyət göstərir.

“Facebook” kimi “Twitter” də ölən şəxsin hesabını qısa müddətə silməyə icazə verir. Ancaq “Twitter” bunu sadəcə profil sahibinin edə biləcəyini açıq şəkildə şərtlərində göstərir.

“Google”un bununla bağlı daha yaxşı sistemi var. “Inactive Account Manager” digər proqramlara nisbətən daha fərqli işləyir. Bu proqram hesabı açıb-açmadığınızı yoxluyur. Hesab bəlli bir zamanda istifadə olunmasa proqram tərəfindən dondurulur.

8 iyul 2017
GO BACK