Qadin.NET / 29 min manatlıq stres çarxı

29 min manatlıq stres çarxı

29 min manatlıq stres çarxı


Rusiyada hazırda trend olan və hər bir yaşda olan insanların maraq göstərdiyi qızıldan spunner - "stress çarxı" istehsal edilməsi planlaşdırılır.

Spinnerin qızıl versiyası təxminən 1 milyon rubl və ya 16 700 dollar, yaxud 28 700 manat qiymətində olacaq.

Qadin.Net Milli.Az-a istinadən xəbər verir ki, oyuncaq 750 əyarlı qızıldan hazırlanacaq və cəmi bir ədəd nüsxədə istehsal ediləcək. Yenilik artıq gələn aydan satışda olacaq. Bu spinner dünyanın ən bahalı "sterss çarxı" olacaq. Onun istehsalı üçün isə 0,1 kiloqram və 100 qram qızıldan istifadə edilib.

Nisbətən ucuz qiymətə isə daha bir spinner istehsal ediləcək. O isə qızılla örtüləcək.

Bundan başqa, "stress çarxı"nı Rusiya bayrağının rəngləri ilə rəngləmək istəyirlər. Bu modelin qiyməti 15 000 rubl və ya 250 dollar, yaxud 430 manat təşkil edəcək.

8 iyul 2017
GO BACK