Qadin.NET / Kompüter və smartfon satışları azalacaq

Kompüter və smartfon satışları azalacaq

Kompüter və smartfon satışları azalacaq


"Gartner" analitik şirkəti bu il dünya kompüter elektronikası bazarının həcminin azalacağını, növbəti ildə artacağını proqnozlaşdırır.

Milli.Az ICTnews-a istinadən bildirir ki, şirkətin qiymətləndirməsinə görə, 2016-cı ildə dünyada 2,32 milyard fərdi kompüter, noutbuk, smartfon və planşet buraxılıb. 2017-ci ildə tədarük 0,3 faiz azalacaq, 2018-ci ildə 1,6 faiz artacaq. 2019-cu ildə texnikanın tədarük həcmi 2,36 milyard ədədə bərabər olacaq.

Tədqiqatda deyilir ki, 2017-ci ildə qlobal fərdi kompüter bazarının həcminin 3 faiz azalmasına baxmayaraq azalma dinamikası avadanlıqların "Windows 10" əməliyyat sistemi ilə yenilənməsinin stimullaşdırılması sayəsində əvvəlki illərə nisbətən zəif olacaq.

Məlumata görə, operativ yaddaş, bərk cisimli toplayıcılar və digər kompüter komplekt hissələri üçün qiymətlər bahalaşmaqda davam edərək dünya fərdi kompüterlər bazarı, o cümlədən smartfonlar üçün problemlər yaradır.

"Gartner" şirkətinin proqnozuna görə, 2018-ci ildə masaüstü və portativ kompüterlərin qlobal tədarükü 2017-ci ildəki 203 milyondan 195 milyon ədədədək azalacaq. "Apple MacBook Air" və "Windows 10" və "Intel x86" platformalı aparatların aid edildiyi bahalı ultramobil qurğuların tədarükü 59 milyon ədəddən 72 milyon ədədədək artacaq.

Planşetlər seqmentində, o cümlədən hibrid məhsullarda (məsələn, Apple iPad və iPad mini, Samsung Galaxy Tab S2, Amazon Fire HD, Lenovo Yoga Tab 3, Acer Iconia One) azalma gözlənilir. 2016-cı ildə 169 milyon oxşar elektronika buraxılıb. Tədqiqatçılar növbəti üç ildə satış həcminin müvafiq olaraq 160, 159 və 158 milyon qurğu azalacağını proqnozlaşdırır.

8 iyul 2017
GO BACK