Qadin.NET / "Ağıllı" pəncərələr hazırlanıb

"Ağıllı" pəncərələr hazırlanıb

"Ağıllı" pəncərələr hazırlanıb


Priston Universitetinin alimləri "Techxplore" jurnalında avtonom enerji ilə işləyən yeni "ağıllı" pəncərələrə aid tədqiqat dərc ediblər. Pəncərələr quraşdırılmış xüsusi ötürücülər vasitəsilə otaqda temperaturu və işıqlandırma səviyyəsini müstəqil tənzimləyir.

Milli.Az ICTnews-a istinadən bildirir ki, yeni elektrik batareya sistemindən istifadə edən ABŞ alimləri avtonom enerji ilə işləməklə yanaşı, mövcud pəncərələrdə tətbiq edilə bilən "ağıllı" pəncərə texnologiyası hazırlayıblar.

Məlumata görə, həmçinin, ultrabənövşəyi şüalanmanın udulması sayəsində pəncərələr tam avtonomdur.
Mütəxəssislərin fikrincə, tezliklə yeni evləri həyatı daha rahat edəcək "ağıllı" pəncərələrlə təchiz etmək mümkün olacaq.

6 iyul 2017
GO BACK