Qadin.NET / Gündən qoruyan kremlər... heç nədən qorumur - ARAŞDIRMA

Gündən qoruyan kremlər... heç nədən qorumur - ARAŞDIRMA

Gündən qoruyan kremlər... heç nədən qorumur - ARAŞDIRMA


Bir çox gündən qoruyan kremlərin tərkibində olan avobenzon maddəsi (UB şüalarından qoruyan filtr) ziyanlıdır.

Qadin.Net Milli.Az-a istinadən bildirir ki, bunu rus alimləri aşkar ediblər. Avobenzon xlorlu su və ultrabənövşəyi şüalarla kontakta girir və ziyanlı toksiki birləşmələri əmələ gətirir.

Son zamanlar alimlər ümumiyyətlə gündən qoruyan kremlərlə bağlı mənfi rəylər söyləyir. Belə ki, bir çox mütəxəssislərin fikrinə görə, belə kremlərin əksər hissəsi gün şüalarından qorumur.

Bir qrup mütəxəssislər 1500-dən artıq gündən qoruyan və nəmləndirici kremləri təhlil etdikdən sonra belə qərara gəliblər ki, onların 73%-i lazım olan təsiri göstərmir və insan dərisini UB şüalarından qorumur.

Beləliklə, gündən qoruyan kremlərdən istifadə bizi əksər hallarda günün ziyanlı təsirindən qorumur.

Bunu bədəninə krem çəkib günorta saatlarında açıq günün altında saatlarla uzanan insanlar mütləq nəzərə almalıdır. Dəri xərçəngi xəstəliyinin əsas risk faktoru məhz "zaqar"dan sui-istifadə sayılır.

5 iyul 2017
GO BACK