Qadin.NET / Bakı və Sumqayıtda hansı çimərliklər təhlükəlidir?

Bakı və Sumqayıtda hansı çimərliklər təhlükəlidir?

Bakı və Sumqayıtda hansı çimərliklər təhlükəlidir?


"Dəniz suyundan götürülən nümunələrin monitorinqinin nəticələrinə görə, Bakıda Səbail rayonunun Şıx və Qaradağ rayonunun Sahil çimərlikləri yararsız hesab olunub. Bundan başqa, Sumqayıt Baş Dövlət Sanitar həkiminin qəbul etdiyi qərar da qüvvədə qalır. Həmin qərara əsasən, Sumqayıt şəhəri ərazisində bütün çimərliklərin suyu insan orqanizmi üçün təhlükəli hesab edilir".

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Sanitar şöbəsinin müdiri Ziyəddin Kazımovbildirib.Onun sözlərinə görə, bu çimərliklərdə bakterioloji çirklənmə aşkar edilib və qəbul edilmiş qərarlara əsasən, həmin çimərliklərdə dəniz suyundan istifadə qadağan edilib: "Digər çimərliklərdə vəziyyət normaldır və orada dəniz suyu standartlara cavab verir. Həmin çimərliklərdə dəniz suyunda bağırsaq çöpləri yoxdur və ya təhlükəli həddə deyil".

Onun sözlərinə görə, bu çimərliklərdə bakterioloji çirklənmə aşkar edilib və qəbul edilmiş qərarlara əsasən, həmin çimərliklərdə dəniz suyundan istifadə qadağan edilib: "Digər çimərliklərdə vəziyyət normaldır və orada dəniz suyu standartlara cavab verir. Həmin çimərliklərdə dəniz suyunda bağırsaq çöpləri yoxdur və ya təhlükəli həddə deyil".
Şöbə müdiri çimərliklərdə təhlükə törədən çirklənmənin yaranma səbəblərini və onların aradan qaldırılması yollarını da açıqlayıb: "Dəniz suyunun çirklənməsinə səbəb çimrəliklərin yaxınlığında yerləşən yaşayış məntəqələrindən dənizə çirkab, təsərrüfat-fekal suların axıdılmasıdır. Həmin çimərliklərin yararlı olması üçün, ilk növbədə, o ərazidə dəniz suyu təmiz olmalıdır. Bunun üçün isə orada tullantıların emal edilməsi üçün təmizləyici qurğular olmalıdır".Qeyd edək ki, yararsız hesab olunmasına və qadağalara baxmayaraq, insanlar adıçəkilən çimərlikdən hələ də istifadə edir. Təəssüf ki, onlar bununla özlərinin və yaxınlarının həyatını nə dərəcədə böyük təhlükəyə atdıqlarını anlamırlar. 
5 iyul 2017
GO BACK