Qadin.NET / Turistlər bizdən niyə narazı qalır? - Turizm sektorundakı bəzi səhvlər

Turistlər bizdən niyə narazı qalır? - Turizm sektorundakı bəzi səhvlər

Turistlər bizdən niyə narazı qalır? - Turizm sektorundakı bəzi səhvlər


Bu barədə Milli.Az-a açıqlamasında Azərbaycan Turizm Assosiasiyası (ATA) sədrinin müşaviri, turizm üzrə ekspert Müzəffər Ağakərimov deyib.Onun sözlərinə görə, hər sahədə olduğu kimi turizm sahəsində də hansısa səhvlər, çatışmazlıqlar ola bilər: "Lakin onları aradan qaldırmaq üçün mütləq konkret işlər görülməlidir. Məsələn, kadr hazırlığı məsələlərində hələ çox iş görmək lazımdır. Turistlərə, ilk növbədə, daha yüksək səviyyəli, keyfiyyətli xidmət göstərilməlidir".

M.Ağakərimov qeyd edib ki, ölkədə yeni otellər inşa edilməlidir və ən əsası qiymət siyasəti düzgün qurulmalı, turislərə tələb edilən qiymətlərə uyğun xidmət göstərilməlidir: "Bəzi yerlərdə göstərilən xidmətə görə normal qiymət tələb olunur, bəzi yerlərdə isə yox. Elə yerlər var ki, xüsusən də regionlarda göstərilən xidmətlə qiymət uyğun gəlmir. Bu da, ilk növbədə, kadrlarla, marketinq və menecmentin düzgün aparılmaması ilə əlaqədardır. Həmişə demişəm, yenə deyirəm ki, bizdə turizm obyektlərində idarəçilikdə ciddi səhvlərə yol verilir. Menecerlərlə iş aparılmalı, onlara kurslar keçilməlidir, təəssüf ki, bunlar çox vaxt edilmir".
Ekspertin fikrincə, əgər menecment düzgün qurulsa, digər işlər də düzgün gedər: "Turistləri ölkəyə, turizm obyektlərinə cəlb etməklə iş bitmir. Onlara dönə-dönə yüksək xidmət də göstərmək lazımdır ki, onlar yenidən Azərbaycana gəlsinlər və digərlərinə bura gəlməyi tövsiyə etsinlər. Azərbaycanda turizmin inkişafı kütləvi turizmin inkişafı ilə sıx bağlıdır. Əgər kütləvi turizm inkişaf etsə, Azərbaycan da Türkiyə, İspaniya, Fransa kimi ölkələrlə yanaşı turizm bazarında mövqe tuta bilər. Əks halda nə deməyimizdən və etməyimizdən asılı olmayaraq bu sahədə ciddi uğura nail ola bilməyəcəyik".
5 iyul 2017
GO BACK