Dünya ölkələri üzrə şəhərlərin yaşam indeksi açıqlanıb. Fins.az xəbər verir ki, siyahıda ilk yerdə İsveçrənin Surix şəhəri başçılıq edir. Bu şəhərdə yaşam indeksi 149-dur.
Milli.Az -a istinadən bildirir ki, ümumiyyətlə siyahıda ilk yerləri məhz İsveçrə şəhərləri tutur. İkinci yerdə 148 indekslə Hamilton (Bermuda), üçüncü yerdə İsveçrənin Zug şəhəri (142), dördüncü yerdə Çenevrədir (142).
Siyahıda 473-cü yerdə olan Bakıda isə yaşam indeksi 32 qiymətləndirilib. İrəvan 36 qiymətlə 458-cidir. Tiflisdə isə yaşam indeksi 33-dür.
Qeyd edək ki, yaşam indeksi kirayə qiymətləri, restoranlardakı xidmətlər və digər amillərlə qiymətləndirilib.