Qadin.NET / Zoologiya İnstitutundan Kürdəmirdə tapılan heyvanla bağlı AÇIQLAMA

Zoologiya İnstitutundan Kürdəmirdə tapılan heyvanla bağlı AÇIQLAMA

Zoologiya İnstitutundan Kürdəmirdə tapılan heyvanla bağlı AÇIQLAMA


Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstitutu Kürdəmirdə insanlar tərəfindən nadir heyvanın tapılması ilə bağlı məlumatlara aydınlıq gətirib.

Qadin.Net  xəbər verir ki, İnstitutun direktoru Elman Yusifov Trend-ə bildirib ki, həmin heyvan nadir deyil və ona Azərbaycanın faunasında rast gəlinir.

E.Yusifov həmin heyvanın adının şneyder kərtənkələsi və ya uzunayaq ssink olduğunu açıqlayıb.

Direktorun sözlərinə görə, bu kərtənkələ Azərbaycanın yarımsəhra ərazilərində yayılıb.

O, Qobustan qoruğunda həmin heyvana rast gəldiyini və onun şəklini çəkdiyini də açıqlayıb.

Trend E.Yusifovun çəkdiyi həmin şəkli təqdim edir.

4 iyul 2017
GO BACK