Onlar təhsil aldıqları ali təhsil ocaqlarındakı tibb məntəqələrinə nəinki müraciət etmir, bəzən həkim otağının harda yerləşdiyini də bilmirlər. Lakin bəzi tələbələr müəyyən məqamlarda müraciət edib, müsbət cavab aldıqlarını deyirlər.
Qadin.Net Milli.Az-a istinadən bildirir ki, ali təhsil ocaqlarında fəaliyyət göstərən həkimləri isə narahat edən elə bu məsələdir. Onlar deyirlər ki, hansısa tələbənin səhhəti ilə bağlı problemi varsa, həmin şəxs özü tibb otağına gəlməli və ilkin tibbi müayinədən keçməlidir. Bunun üçün ali təhsil ocaqlarının bəzilərində tibb məntəqəsi, bəzilərində həkim otağı, bəzilərində isə hətta poliklinikalar fəaliyyət göstərir.
Tələbələrə göstərilən tibbi xidmətlər pulsuzdur. Ümumiyyətlə, ali təhsil ocaqlarında çalışan həkimlər deyirlər ki, müraciətlər çox olur. Xüsusilə də imtahanlar ərəfəsində və belə isti havalarda. əksər hallarda isə həkimlər universitetdaxili çağırışlara gedirlər. Tələbələrə yalnız ilkin təcili tibbi yardımlar göstərilir.
Həkimlər deyir ki, onlar həm yerli həmdə əcnəbi tələbələrə tibbi xidmət göstərirlər.
Həkimlər deyir ki, ali təhsil ocaqlarındakı tibb məntəqələri barədə tələbələrə hələ birinci kursa gələrkən qeydiyyatdan keçən zaman məlumat verilir.