Kimi suya tullanır, kimi isə özünü quma basdırırır. Milli.Az bildirir ki, Abşeron yarımadasında temperaturun 40 dərəcəyə çatacağını eşidənlər sərinləmək üçün dənizə üz tutub.
Sudan daha çox həzz alanlar elə balacalardır.
İnsanlar daha çox ödənişsiz çimərliklərə üstünlük verir. Amma ödənişsiz ərazilərdə natəmizlik narazılıq yaradır.
Sinoptiklər havaların daha da istiləşəciyini deyir. Sabaha ölkə ərazisində 35-40°, bəzi yerlərdə 42° isti olacağı gözlənilir.