Qadin.NET / Azərbaycanda qızıl hasilatı artır

Azərbaycanda qızıl hasilatı artır

Azərbaycanda qızıl hasilatı artır


Azərbaycanda qızıl istehsalçısı olan "Anglo-Asian Mining" (AAM) şirkəti 2017-ci ildə 72 min unsiya qızıl hasil etmək niyyətindədir.

Qadin.Net trend-ə istinadən bildirir ki, bu barədə şirkətin baş direktoru Reza Vəziri deyib.

Onun sözlərinə görə, şirkət 2016-ci ildə 65 min unsiyadan çox qızıl hasil edib.

Baş direktor bildirib ki, 2016-cı ilin yekunlarına görə, düzgün siyasətin nəticəsi olaraq şirkət yenidən gəlir əldə edib.

Onun sözlərinə görə, bir unsiya qızılın hasili üçün xərc 2015-ci ildə 858 dollar təşkil edirdisə, 2016-ci ildə bu göstərici 616 dollar təşkil edib.

Şirkətin gəliri vergitutmadan əvvəl 6,8 milyon dollar təşkil edib, ümumi borcu isə 14 milyon dollar azalaraq 35 milyon dollar təşkil edib, deyə Reza Vəziri bildirib.

2 iyul 2017
GO BACK