Qadin.NET / Yarmarkalarda qiymət bazardan niyə bahadır?

Yarmarkalarda qiymət bazardan niyə bahadır?

Yarmarkalarda qiymət bazardan niyə bahadır?


Vətəndaşlar ucuz olsun deyə üz tuturlar kənd təsərüfatı yarmarkalarına. Ancaq bəzi hallarda yarmarkada satılan məhsullarla bazarda satılan məhsulların qiymətində demək olar ki, fərq olmur. Hətta bəzi qiymətlər yarmarkada daha baha olur. Hər halda bunu alıcıların özləri deyirlər. Əməkdaşlarımız həm bazarda, həm də yarmarkada olublar.

Qadin.Net Milli.Az-a istinadən bildirir ki, adı kənd təssərüfatı yarmarkası olsa da, burada qiymətlər ya bazardan fərqlənmir, ya da qiymətlərdə cüzi fərq var.
Həm paytaxtın Xətai rayonunda təşkil olunan kənd təsərrüfatı yarmarkasında, həm də bazarlardan birində çəkiliş apardıq. Müşahidələrimiz zamanı yarmarkada təklif olunan məhsulların qiymətinin bazarla müqayisədə bəzilərinin eyni, bəzilərinin isə baha olduğu üzə çıxdı.
Badımcan da yarmarkada bazara nisbətən bahadır. Belə ki, bu tərəvəz məhsulunun bir kiloqramı yarmarkada 70, bazarda isə 60 qəpiyə təklif olunur. Mövsüm meyvəsi olan albalı da bazarda daha ucuzdur. Yarmarkada bu meyvənin qiyməti 30 qəpiyədək bahadır... Fərq yalnız bunlarla da bitmir.
Bu vəziyyət təbii ki ilk növbədə alıcıları narahat edir.
Bütün bunlarla yanaşı, yarmarkada bazara nisbətən ucuz olan məhsullar da var... Söhbət əsasən pomidor və xiyardan gedir.
Xatırladaq ki, yarmarkalar bazarlara alternativ olaraq, həm qiymətlərin ucuz olması, həm də fermərlərin satış yerlərinə birbaşa çıxış imkanlarının olması üçün açılmışdı. Ancaq zaman keçdikcə bu məqsədin ikinci planla keçməsi aidiyyəti qurumları tədbir görməyə vadar etməlidir.

2 iyul 2017
GO BACK