Qadin.NET / İranda dünya temperaturu rekordu: 54 dərəcə isti - FOTO

İranda dünya temperaturu rekordu: 54 dərəcə isti - FOTO

İranda dünya temperaturu rekordu: 54 dərəcə isti - FOTO


İranın cənub-qərbində yerləşən Ahvaz şəhərini öldürücü temperatur qovrulur.
 
Şəhərdə cümə günü ölçülən 54 dərəcəlik istilik, müasir dövrdə dünyada ölçülən ən yüksək temperatur olaraq qeydə düşüb.

Qadin.Net Milli.Az -a istinadən bildirir ki, hava temperaturlarının müasir bir şəkildə ölçülməyə başlandığı gündən etibarən ölçülən ən yüksək temperatur olan 54 dərəcə, daha əvvəl 21 İyul 2016-da Küveytin Mitribah şəhərində və 30 İyun 2013-də Kaliforniyada yerləşən Ölüm Vadisində ölçülmüşdü.

1.1 milyon insanın yaşadığı Ahvazda rütubət hallarının da yüksək olması səbəbindən havanın daha boğucu bir hal aldığı, insanlara kölgədə qalmqa və məcbur olmasalar evdən çıxmamaları bildirilir.
 
Daha əvvəl İranda ölçülən ən yüksək temperatur 1999-cu ilin Mayında Bostanda ölçülən 50.5 dərəcə idi.

İqlim dəyişikliyi üzrə aparılan araşdırmalar, Yaxın Şərqdə temperaturun daha da artacağını və əsrin sonunda bölgənin insanlar üçün yaşanmaz hala gələcəyini göstərir.

İranda dünya temperaturu rekordu: 54 dərəcə isti - FOTO

İranda dünya temperaturu rekordu: 54 dərəcə isti - FOTO

İranda dünya temperaturu rekordu: 54 dərəcə isti - FOTO


2 iyul 2017
GO BACK