Qadin.NET / Respublika Endokrinologiya Mərkəzi bağlandı

Respublika Endokrinologiya Mərkəzi bağlandı

Respublika Endokrinologiya Mərkəzi bağlandı


Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsi, 112 ünvanda yerləşən Respublika Endokrinologiya Mərkəzi bağlanıb.

Qadin.Net xəbər verir ki, bu barədə virtualaz.org saytına Səhiyyə Nazirliyindən məlumat veriblər.

Nazirlikdən bildiriblər ki, mərkəzdə əsaslı təmir işləri aparılacaq. Buna görə də, mərkəz yeni ünvana köçürülüb. Təmir işləri başa çatana qədər mərkəz Yasamal rayonu, Cəfər Cabbarlı 34 ünvanda (3 saylı şəhər poliklinikası ilə üzbəüz) fəaliyyət göstərəcək.

1 iyul 2017
GO BACK