Qadin.NET / Facebook ən yaxın "Wi-Fi" ötürücüsünü tapmağa başladı

Facebook ən yaxın "Wi-Fi" ötürücüsünü tapmağa başladı

Facebook ən yaxın "Wi-Fi" ötürücüsünü tapmağa başladı


Facebook sosial şəbəkəsinə yaxınlıqda "Wi-Fi" şəbəkəsi olduğunu göstərən yeni funksiya əlavə olunur. Şirkət rəsmilərinin sözlərinə görə, bu, hələ ki, iPhone və Android əməliyyat sistemlərinə malik telefonlarda mümkün olacaq.

Qadin.Net Milli.Az-a istinadən xəbər verir ki, bu barədə şirkət rəsmiləri məlumat verib.

"Wi-Fi axtar" funksiyası dünyanın bir neçə ölkəsində sınaqdan keçirilib. Məlum olub ki, bu mobil rabitə üzərindən internetin zəif olduğu yerlərdə olduqca gərəklidir", - deyə mənbə bildirir.

Bu funksiya xəritədə və ya siyahıda ən yaxın şirkət və təşkilatlarda mümkün simsiz rabitənin mövcudluğu göstərir. Yeni funksiya menyu bəndində əlavədə yerləşdiriləcək.

1 iyul 2017
GO BACK