Azərbaycanda bir mənzilin bir neçə nəfərə satılmasına nəzarət gücləndirilir.
Qadin.Net Milli.Az-a istinadla məlumat verir ki,bu, mənzilə qabaqcadan qeydiyyat arayışı almaqla mümkün olacaq. Bu arayışı alan şəxslər tikintisi başa çatmamış daşınmaz əmlakla bağlı ipoteka, bağışlanma və girov qoyma kimi prosesləri də yerinə yetirə biləcəklər. Bununla bağlı Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən ictimai təqdimat keçirilib.
Qabaqcadan qeydiyyat arayışını binanı tikən şirkət kütləvi şəkildə alaraq mənzil sahiblərinə verə bilər. Bundan başqa, hər bir vətəndaş da fərdi qaydada binanin tikintisinə dair icazə sənədi, mənzilin pulunun tam ödənildiyini bildirən sənəd və mənzilin rəsmi planını Daşınmaz Əmlak Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin ərazi üzrə idarələrinə təqdim etməklə bu arayışı əldə
Edəcək. Üstəlik, bu arayış tikintinin bütün mərhələlərində alına bilər. Hər bir mənzil haqqında məlumat internetə də yüklənəcək.
Qabaqcadan qeydiyyat arayışının alınması üçün isə xidmət haqqı ilə bərabər 40 manat ödəniş etmək lazımdır. Üstəlik, bu arayışı alan şəxslər həmin mənzillərə qeydiyyata da düşə biləcəklər.