Bu il fermerlər sahələrdə bol məhsul yetişdirsələr də, qiymətlər onları qane etmir.
Qadin.Net Milli.Az -ə istinadla məlumat verir ki, qarpızın qiyməti xeyli ucuzlaşıb. Sabirabadlı fermerlər deyir ki, ötən il qarpız yaxşı qiymətə satılırdı. Buna müqabil qarpız əkinini bir az daha genişləndiriblər. Bostanda qarpızın qiyməti 12, hətta 9 qəpiyə qədər düşüb.
Kəndlilər deyir ki, qiymət ucuzlaşsa da, satışında da çətinlik var.Tonlarla məhsul sahələrdə günəş altında qalaraq məhv olur.
Aran rayonlarında qarpızın ucuzlaması ətraf rayonlarda da hiss olunur.Cəlilabad rayonunda da qarpızın qiyməti son bir həftədə hiss olunacaq dərəcədə aşağı düşüb.Əsasən Aran bölgələrindən gətirilən qarpız rayonlarda 20- 25 qəpiyə satılır. Satıcıların sözlərinə görə, iyunun əvvəllərindən etibarən satışa çıxarılan nübarlıq qarpızlar istixana şəraitində yetişdirildiyi üçün baha satılırdı. Hazırda isə məhsul bolluğu yaranıb ki, bu da öz növbəsində qiymətlərin aşağa düşməsinə təsir edib.
Qıymətlərin düşməsi ən çox alıcıları sevindirib.
Əvvəllər baha olduğu üçün az almağa üstünlük verənlər indi daha çox qarpız alır.