Qadin.NET / Sürücülər, diqqət! - Sabah cərimələnə bilərsiniz

Sürücülər, diqqət! - Sabah cərimələnə bilərsiniz

Sürücülər, diqqət! - Sabah cərimələnə bilərsiniz


Sabahdan etibarən yol hərəkəti ilə bağlı yeni qaydalar qüvvəyə minəcək.

Qadin.Net Milli.Az-a istinadla məlumat verir ki, digər nəqliyyat vasitələrinə və piyadalara konkret mane olmayan avtomobil evakuatorla cərimə meydançasına aparılmayacaq.

Bu, ötən ilin dekabr ayında ''Yol hərəkəti haqqında'' qanuna və İnzibati Xətalar Məcəlləsinə edilən dəyşiklikdə öz əksini tapıb. Sabahdan həmin qanun qüvvəyə minəcək.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyir ki, əgər sürücü dayanma və durmanı qadağan edən yerdə avtomobili park edibsə və digər nəqliyyat vasitələrinə mane olmursa, həmin qayda pozan sürücünün avtomobili cərimə meydançasına aparılmayacaq.

Dəyişiklərdən biri taksi sürücüləri ilə bağlıdır. Yeni qaydalara əsasən həmin nəqliyyat vasitələrinin sürücüləri xüsusi duracaqdan kənarda müştəri gözləyərlərsə, onlar 50 manat məbləğində cərimə ediləcəklər. Bir çox taksi sürücüsü bu qaydadan xəbərsiz olduqlarını dedilər.

Yeni qaydalara əsasən əlilliyi olmayıb həmin nişanı avtomobilinə vuranları da cərimə gözləyir. Ekspert deyir ki, yol polisi, avtomobilində belə nişan olan sürücüləri də ciddi şəkildə araşdıracaq.

Parklanma ilə bağlı dəyşiklikdə isə, ekspert qeyd edilir ki, yol kənarındakı bütün dayanacaqlar müasir parkomatlarla təchiz edilməlidir. Həmin porkamatlar dayanacağa daxil olan avtomobillərin giriş vaxtını müəyyən etməlidir, ödənişi plastik kartla və yaxud da internetlə etmək imkanlarına malik olmalıdır. Ekspert deyir ki, həmin porkamatlar hətta dövlət yol polisinin mərkəzi informasiya sisteminə inteqrasiya edilməlidir.

Halbuki, paytaxda fəaliyyət gösətərən parkomatların heç biri ekspertin sadaladığı standartlara cavab vermir. Yəqin ki, Bakı Şəhər İcra Hakimiyyətinin Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsi yaxın vaxtlarda bu barədə işlər görərlər.

30 iyun 2017
GO BACK