Aktyor Burak Özçivitlə aktrisa Fahriye Evcenın toyu baş tutub.
Qadin.Net Milli.Az-a istinadən xəbər verir ki, cütlüyün məclisinə yaxın dostlar və qohumlar dəvət olunub.
Fahriye məşhur modelyer Raşit Bağzıbağlının imzasını daşıyan gəlinlikdə, Burak isə klassik və modern üslubun qarışığı olan kostyumda qonaqların qarşısına çıxıb.
Fahriye Evcenin ilk gəlinliyi Neslihan Atagülün toyunda geyindiyi gəlinliyə bənzədilib. O, mərasim ərzində 3 dəfə, Burak isə iki dəfə paltar dəyişib.
Ailə quran cütlük bal ayı üçün Maldiv adalarına yollanıblar.