Qadin.NET / Dünyanı məhvə aparan dərman qadağan edilir

Dünyanı məhvə aparan dərman qadağan edilir

Dünyanı məhvə aparan dərman qadağan edilir


ABŞ-da istehsalına başlanılan və qısa müddətdə yayılmış, kənd təsərrüfatında istifadəsi nəzərdə tutulan "Roundup" dərmanı qadağan edilir.

Qadin.Net Milli.Az -a istinadla xəbər verir ki, xərçəng xəstəliyinə səbəb olduğu ehtimal edilən "Roundap" Kaliforniya ştatında 7 iyuldan etibarən qadağan ediləcək. "Roundup"ın tərkibində olan qlifosatın xərçəng xəstəliyinə səbəb olduğu bildirilir. Bu qərar bir çox aktivist tərəfindən məmnuniyyətlə qarşılanıb.

Qeyd edək ki, dərmanı istehsal edən Monsanto şirkəti uzun müddətdir ki, insanların sağlamlığına zərər vuran dərmanlar istehsal etməkdə, dəyişdirilmiş genlərə sahib qida toxumları yetişdirməkdə ittiham edilir. Hətta bu məsələlərlə bağlı böyük səs-küyə səbəb olmuş "The World According to Monsanto" adlı sənədli film də çəkilib. Filmdə Monsanto və bir çox ABŞ rəsmiləri insanları və dünyanı fəlakətə, məhvə sürükləməkdə günahkar bilinir.

28 iyun 2017
GO BACK