Qadin.NET / Körpə təyyarədə dünyaya gəldi

Körpə təyyarədə dünyaya gəldi

Körpə təyyarədə dünyaya gəldi


Hindistanın "Jet Airways" aviaşirkətinin Səudiyyə Ərəbistanından Hindistana uçan təyyarə reyslərindən birində maraqlı hadisə baş verib.

Qadin.Net Milli.Az-a bildirir ki, yerdən 10688 metr yüksəklikdə uçan təyyarədə sancılanan hamilə qadın ekipajın köməkliyi ilə doğuş edib.

Hadisə ilə əlaqədar təyyarə təcili olaraq Mumbay şəhərinin qərbinə eniş edib. Xəstəxanaya çatdırılan ana və körpənin vəziyyətinin qənaətbəxş olduğu bildirilib.

Hamilə qadınların təyyarəyə minməsi üçün xüsusi həkim icazəsi lazım olsa da, statistikaya görə hər il dünyada ən az 5 körpə təyyarədə dünyaya gəlir.

 


28 iyun 2017
GO BACK