Bu ilin iyul ayı bəşəriyyət tarixinin ən isti, bürkülü ayı sayılıb.
ABŞ-ın Milli Aviasiya və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) iqlimşünaslarının açıqladıqları hesabatda belə deyilir.
Qadin.Net bildirir ki, Day.Az The İndependent-ə istinadən bildirir ki, iyul ayı 2015-ci ildə qeydə alınmış rekordu yeniləməklə yanaşı, 10 ən isti aydan ibarət seriyanı davam etdirir.
NASA ekspertlərinin fikrincə, iyul ayı və avqustun ilk yarısında qlobal miqyasda havanın temperaturu sənayeləşmə dövründən əvvəl, yəni feodalizm dönəmindəki havanın orta temperaturundan +1,3 dərəcə artıq olub. Bu artımın +0,2 dərəcəsi Sakit Okeandakı güclü "El Ninyo" axını, yerdə qalanı isə insanların fəaliyyətinin sonucu olan qlobal istiləşmə ilə bağlıdır.
ABŞ-ın Milli Okeanik və Atmosfer Tədqiqatları İdarəsinin (The National Oceanic and Atmospheric Administration, NOAA) apardığı araşdırmaların nəticələrinə görə, dünya tarixində indiyədək qeydə alınmış 14 ən isti ayın da rekordu vurulub.
Alimlər narahatdırlar, çünki isti və bürkülü havaların son rekordu əhəmiyyətli dərəcədə "El Ninyo" ilə bağlı deyil. Yay başlayandan bəri "El Ninyo" xeyli zəifləyib. İndiyədək anomal istiləri məhz Sakit Okean sularını isidən bu nəhəng axının təsiri ilə izah edirdilər.
Temperatur rekordları az qala adiləşib və hər ay yenilənir.
"Ən pisi odur ki, hər yeni ay və ilin müşahidələr tarixində ən isti ay, ən bürkülü il olmayacağı təqdirdə təəccüblənəcəyimiz dövrə qədəm qoymuşuq", - Stenford Universitetinin professoru Kris Fild deyib.
Ötən il Britaniyanın Metereologiya Bürosu (Britainchr("39")s Met Office) hesabat yayaraq bildirmişdi ki, 2016 və 2017-ci illər bəşər tarixinin ən isti sənələri olacaq.