Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Milli.Az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, yağmursuz olacaq.
Şimal-şərq küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.
Abşeron yarımadasında gecə 19-22° isti, gündüz 28-33° isti, Bakıda gecə 20-22° isti, gündüz 31-33° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 763 mm civə sütunundan 759 mm civə sütutuna enəcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 45-55% təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 20-21°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 21-22°, Türkan, Hövsan, Sahil, Şıxda 23-24° isti təşkil edəcək.
Rayonlarda, əsasən, yağmursuz olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 19-24° isti, gündüz 33-38° isti, dağlarda gecə 11-16° isti, gündüz 22-27° isti olacağı gözlənilir.