Qadin.NET / Moskvada izdiham: 250 min müsəlman bayram namazı qılıb

Moskvada izdiham: 250 min müsəlman bayram namazı qılıb

Moskvada izdiham: 250 min müsəlman bayram namazı qılıb


Bu gün Ramazan Bayramı Rusiyanın paytaxtı Moskvada da qeyd olunub.

Cümə Məscidinin qarşısına 250 minə yaxın müsəlman toplaşmışdı. Onları Rusiyanın Müftilər Şurasının rəhbəri şeyx Ravil Qaynutdin təbrik edib.

Milli.Az bildirir ki, Rusiya prezidenti Vladimir Putin Ramazan Bayramı münasibətilə müsəlmanları təbrik edib, ölkənin ictimai və mədəni həyatında aktiv iştiraka görə onlara minnətdarlığını bildirib.

"Dərin mənəvi mənası olan bu bayram yenilənmə sevincini, kamilləşməyə can atmanı, xeyir işlər görmək və ehtiyacı olanlara yardım etmək hazırlığını nümayiş etdirir", - təbrikdə deyilir.

26 iyun 2017
GO BACK