Alıcının məlumatı yox, satıcı isə nəcə gəldi satır.
Qadin.Net Milli.Az-a istinadən bildirir ki, bəzi bazarlarda satılan bostan bitkilərinin tərkibində təhlükəli maddələr var. Bunu yerində yoxlamaq üçün Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovla birlikdə metronun 28 may stansiyasının yaxınlığında yerləşən bazara baş çəkdik. Piştaxtada olan istənilən qarpızdan birini seçib yoxlamaq qərarına gəldik. Yemişdə də eyni problem ortaya çıxdı. Satıcı bostan bitkisində belə vəziyyətin olmasını normal hal kimi qeyd etdi.
Bu satıcı isə, satdığı məhsulların heç birinin tərkibində problem olmadığını deyirdi. Araşdırma zamanı badımcan və pamidorda da gübrənin miqdarı az çıxdı.