Qadin.NET / Qeyri-adi azyaşlı

Qeyri-adi azyaşlı

Qeyri-adi azyaşlı


Salyanın Boranıkənd kəndində yaşayan balaca Ömərin maqnit sinəsində metal pul, qaşıq, çəngəl, mobil telefon yapışaraq bir müddət qalır.

Qadin.Net ARB TV-yə istinadən xəbər verir ki, balaca Ömərin yerişi də, duruşu da həmyaşıdlarından heç nə ilə fərqlənmir. O da həmyaşıdları kimi oyuncaqları ilə oynayır, velosiped sürür, deyib-gülür, şənlənir.

Sinəsində maqnit sahəsinin olmasını isə valideynləri təsadüfən, hardasa 2 həftə bundan əvvəl biliblər.

Samir Zeynalov - Uşaqğın atası: "Qəpik istədi uşaq bizdən. Dükana gedəcəm, qaəpik ver mənə. Nənəsi qəpik verdi. Qəpik yapışdı sinəsi, qaldı sinəsində. Qaşığı yapışdırdım, qaşıq da qaldı. Bildik ki, uşaqda maqnit var".

Atasının dediyinə görə, yaşıdlarından fərqli olaraq balaca Ömər gündəlik idman etməyi, ağır yük götürməyi, həyətdə iş görməyi də xoşlayır.
22 iyun 2017
GO BACK