Qadin.NET / Sürücülərin nəzərinə: Avtomobilinizin içinə su dola bilər!

Sürücülərin nəzərinə: Avtomobilinizin içinə su dola bilər!

Sürücülərin nəzərinə: Avtomobilinizin içinə su dola bilər!


Avtomobilin salonu su ilə dolub.

Qadin.Net Day.Az -a istinadən bildirir ki, nəticədə maşında olan bəzi elektron hissələr yanıb və sahibinə 700 manata yaxın ziyan dəyib.

Görüntüləri çəkən avto kimyəvi təmizləmə üzrə mütəxəssis Qoşqar Əzizbəyli maşının bu hala düşməsinə səbəb kimi əsasən müasir avtomobillərin alt hissəsində olan rezin kipkəclərin sıradan çıxaması olduğunu bildirir.

Buna görə də istehsal ili 5 ildən çox olan avtomobilin sürücüləri belə kipkəcləri yoxlatdırsa yaxşıdır.

Bundan başqa avtomobil ön alın şüşəsinin kənarında və əgər varsa lyukun kənarında drenaj sistemi olur ki, avtomobilin üstünə tökülən yarpaq və yaxud tozdan yaranan palçıq nəticəsində bura tutulur və avtomobilin içinə su daxil ola bilir.

Buna görə də hər sürücü artıq xərcə düşməmək üçün fəsildən aslı olmayaraq avtomobilin drenaj sistemlərini yoxlatdırmalı və mütəmadi olaraq təmizlətlməlidir.
22 iyun 2017
GO BACK