BƏƏ-nin Dubay şəhərində pilotsuz hava taksilərinin sınaqdan keçiriləcəyi elan edilib.
Qadin.Net Milli.Az-a istinadən bildirir ki, sınaqlara bu ilin sonunda başlanması nəzərdə tutulub.
Şəhər idarəsindən verilən məlumata görə, sınaqların 5 il müddətində davam etməsi planlaşdırılıb.
Qeyd olunur ki, hava taksiləri bütün təhlükəsizlik şərtlərinə cavab verəcək və sərnişinlər insan müdaxiləsi olmadan bu taksilərdə hərəkət edə biləcəklər.