Qadin.NET / Dərslikləri Qiymətləndirmə Şurasının tərkibi yenilənir

Dərslikləri Qiymətləndirmə Şurasının tərkibi yenilənir

Dərslikləri Qiymətləndirmə Şurasının tərkibi yenilənir


Təhsil Nazirliyi yanında Dərslikləri Qiymətləndirmə Şurasının tərkibi yenilənir.

Qadin.Net Milli.Az-a istinadən bildirir ki, artıq Şuranın yeni tərkibinin seçiminə dair elan verilib.

Dərslikləri Qiymətləndirmə Şurasının üzvləri ibtidai təhsilin məzmunu, Azərbaycan dili və ədəbiyyatı, xarici dillər, riyaziyyat, informatika, biologiya, coğrafiya, tarix, fizika, kimya, "Р СѓСЃСЃРєРёР№ язык/Литература"nın tədrisi, təhsil proqramlarının (kurikulumların) fəlsəfəsi, fiziki tərbiyə, həyati bacarıqların formalaşdırılması, məktəblilərin yaş psixologiyası və fiziologiyası, tədris resurslarının dizaynı və bədii tərtibatı kimi ekspertiza sahələri üzrə xidmət göstərəcəklər.

Namizəd müraciət etdiyi ekspertiza sahəsinə uyğun azı 5 illik təcrübəyə malik olmalı və dərslik hazırlığı ilə məşğul olan müəssisələrdə fəaliyyət göstərməməlidir. Seçim zamanı dərsliklərin qiymətləndirilməsi sahəsində təcrübəyə malik olanlara üstünlük veriləcək.

Qeyd edək ki, Dərslikləri Qiymətləndirmə Şurası "Dərslikləri qiymətləndirmə meyarları"na əsasən yeni hazırlanan və əsaslı şəkildə yeniləşdirilmiş təkrar nəşr olunan dərslik komplektlərinin ekspertizasını və qiymətləndirilməsini həyata keçirən müstəqil qurumdur.

18 iyun 2017
GO BACK